Zaqatalaya Xoş Gəlmisiniz!

Zaqatala rayonu Böyük Qafqaz sıra dağlarının ətəyində Azərbaycanın şimal-qərbində yerləşir. Rayon şimal-şərqdə Rusiya Federasiyasının Dağıstan Respublikası ilə, qərbdə Balakən rayonu ilə, şərqdə isə Qax rayonu ilə həmsərhəddir. Mərkəzi Zaqatala şəhəridir. Şəhər dəniz səviyyəsindən 535 metr hündürlükdə Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərindən 445 km aralıda, Tala çayının sahilində, Yevlax-Balakən şossesi yolunun üzərində yerləşir....

Hotel Zaqatala

Zaqatala Hoteli, Zaqatala şəhərin mərkəzində H.Əliyev pr. 92 ünvanında yerləşir. Hotel 1990-cı ildə "Azərbaycan Mehmanxanası" adı ilə fəaliyyətə başlayıb və 2002-ci ildən yenidən qurularaq "Hotel Zaqatala" kimi fəaliyyət göstərir.